ABŞ Prezidenti Donald Tramp Ağ Evin yeni mətbuat katibi Keti Zakariyanı (Katie Zacharia) vəzifəyə başlamasından cəmi beş gün sonra postundan uzaqlaşdırıb. Qərar onun ilk mətbuat brifinqindən və peşəkar fəaliyyəti ilə bağlı mediada yayılan tənqidi materiallardan sonra qəbul edilib.
MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ağ Ev rəsmisinə istinadən məlumat yayıb. Rəsmi bildirib ki, Zakariya oktyabrın 16-da tutduğu vəzifədən azad edilib.
ABŞ Prezidenti qərardan əvvəl jurnalistlərə açıqlamasında Zakariyaya vəzifəsində qalmaq məsələsini yenidən nəzərdən keçirməyi tövsiyə etdiyini bildirib.
“Ona dedim ki, məncə, xoşbəxt olmağın daha yaxşıdır. Bu işdə nə vaxtsa xoşbəxt ola biləcəyinə əmin deyiləm. Burada heç nə asan deyil”, – deyə Tramp bildirib.
Zakariya özü də “Fox News” telekanalına müsahibəsində Kaliforniyada vəkillik imtahanından uğurla keçmədiyini etiraf edib.