Azərbaycan hakimiyyətinə qarşı çağırış edən türkiyəli jurnalist axtarışa verildi

Baş Prokurorluq Türkiyə vətəndaşı Celal Çiftçi barəsində hakimiyyətin zorla ələ keçirilməsinə çağırış və dini nifrətin yayılması ittihamları ilə cinayət işi başladıb. O, beynəlxalq axtarışa verilib.

37

Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dini nifrət və düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb. Türkiyə vətəndaşı, jurnalist Celal Çiftçi barəsində beynəlxalq axtarış elan edilib.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun oktyabrın 16-da yaydığı rəsmi məlumatda bildirilib.

Baş Prokurorluğun məlumatına əsasən, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən 1975-ci il təvəllüdlü, Türkiyənin “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçi tərəfindən yayılan materiallarla bağlı araşdırma aparılıb.

İstintaqın ilkin nəticələrinə görə, həmin paylaşımlarda Azərbaycan hakimiyyətinin zorla dəyişdirilməsinə və dini zəmində düşmənçiliyin yaradılmasına yönəlmiş çağırışların olduğu müəyyən edilib. Araşdırılan materiallar arasında süni intellekt vasitəsilə hazırlandığı bildirilən radikal məzmunlu paylaşımlar da var.

Toplanmış materiallar əsasında oktyabrın 16-da Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanıb. Həmin maddələr hakimiyyətin zorla ələ keçirilməsinə təkrar açıq çağırışları, dini nifrət və düşmənçiliyin salınmasını, həmçinin dini ekstremist fəaliyyətə çağıran materialların hazırlanması və yayılmasını əhatə edir.

Qurum vətəndaşları dini nifrət və düşmənçiliyi təşviq edən materialları paylaşmamağa, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə riayət etməyə çağırıb.

Qeyd edək ki, Celal Çiftçiyə qarşı irəli sürülən ittihamlar üzrə yekun məhkəmə hökmü açıqlanmayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.