İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Prezident İlham Əliyev İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb. Tərəflər təhlükəsizlik, ictimai asayiş və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

65

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. Görüşdə iki ölkə arasında təhlükəsizlik və ictimai asayiş sahələrində əməkdaşlıq, həmçinin Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat dərc edilib. Dövlət başçısı Azərbaycanla İran arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik və ictimai asayişin qorunması sahəsində də yüksək səviyyəli əməkdaşlığın vacibliyini vurğulayıb.

İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərini ikitərəfli təmasların davamı kimi qiymətləndirib. O, bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfərini və orada keçirilən görüşləri xatırladıb.

İsgəndər Momeni isə İran Prezidenti Məsud Pezeşkianın salamlarını İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlara görə təşəkkür edərək öz salamlarının da İran Prezidentinə çatdırılmasını xahiş edib. İlham Əliyev bir neçə gün əvvəl Türkmənistanda Pezeşkianla keçirdiyi görüşü xatırladıb.

İranlı nazir Azərbaycanın ölkəsi üçün dost və qardaş dövlət olduğunu vurğulayaraq İranda baş vermiş güclü zəlzələlər və meşə yanğınları zamanı göstərilən humanitar yardımlara görə minnətdarlığını bildirib.

Görüşdə Yaxın Şərqdə davam edən gərginlik də diqqət mərkəzində olub. İsgəndər Momeni bölgədə vəziyyətin sabitləşdirilməsi istiqamətində aparılan danışıqlar barədə məlumat verib.

Prezident İlham Əliyev regional gərginliyin danışıqlar yolu ilə həllini tapacağına ümidvar olduğunu bildirib.

Söhbət zamanı Azərbaycan və İranın müvafiq dövlət qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.