Azərbaycan və Kamboca arasında üç sənəd mübadilə olunub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri Hun Manetin iştirakı ilə iki ölkə arasında təhsil, vergi və ticarət-iqtisadi əməkdaşlığı əhatə edən üç sənədin mübadiləsi keçirilib.

65
Oktyabrın 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manetin iştirakı ilə iki ölkə arasında imzalanmış üç sənədin mübadiləsi mərasimi keçirilib. Sənədlər diplomatik təhsil, vergi və ticarət-iqtisadi əməkdaşlıq sahələrini əhatə edir.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat dərc olunub. Mərasimdə Azərbaycan və Kambocanın müvafiq qurumlarının rəhbərləri iştirak ediblər.

İlk olaraq ADA Universiteti ilə Kambocanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu mübadilə olunub. Sənədi ADA Universitetinin rektoru Hafiz Paşayev və Kamboca institutunun prezidenti Fann Makara təqdim ediblər.

Daha sonra ikiqat vergitutmanın aradan qaldırılması, vergidən yayınmanın və vergi üstünlüklərindən sui-istifadənin qarşısının alınması haqqında Saziş mübadilə edilib.

Üçüncü sənəd isə Azərbaycan və Kamboca hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi olub.

Hər iki iqtisadi sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri Çam Nimul mübadilə ediblər.

Qeyd edək ki, sənədlərin mübadiləsi Kamboca Baş nazirinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub. Bundan əvvəl Prezident İlham Əliyevlə Hun Manet arasında məhdud və geniş tərkibdə görüşlər keçirilib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.