Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Kamboca Krallığının Baş naziri Hun Manet arasında Bakıda məhdud tərkibdə görüş keçirilib.
MSNews.az xəbər verir ki, görüş Kamboca Baş nazirinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.
Bundan əvvəl Bakıda Hun Manetin rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev ali qonağı qarşılayıb, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət rəsmilərinin qarşısından keçib.



