İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da birgə nahar ediblər. Görüş Kadırovun Azərbaycana səfəri çərçivəsində baş tutub.

76

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər.

MSNews.az xəbər verir ki, birgə nahar Ramzan Kadırovun Azərbaycana səfəri çərçivəsində baş tutub.

Bundan əvvəl Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib. Görüş zamanı tərəflər Azərbaycanla Çeçenistan arasında dostluq və əməkdaşlıq münasibətlərindən danışıblar, müxtəlif sahələrdə əlaqələrin perspektivlərini müzakirə ediblər.

Daha sonra İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər” layihəsi ilə tanış olublar. Kadırova vaxtilə “Qara şəhər” kimi tanınan ərazidə həyata keçirilən ekoloji və şəhərsalma layihəsi barədə məlumat verilib.

Rəsmi məlumata görə, bundan sonra Azərbaycan Prezidenti ilə Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.