“Qərb sivilizasiyasının müdafiəsində”: Rubionun Akropol fonunda şəkli paylaşıldı

ABŞ Dövlət Departamenti dövlət katibi Marko Rubionun Afinada Akropol fonunda çıxışını “Qərb sivilizasiyasının müdafiəsində” başlığı ilə yayımlayıb. Rubio Qərb ölkələrini tarixi və siyasi dəyərlərini qorumağa çağırıb.

72

ABŞ Dövlət Departamenti dövlət katibi Marko Rubionun Afinada qədim Akropol fonunda çıxışını “Qərb sivilizasiyasının müdafiəsində” başlığı ilə yayımlayıb.

MSNews.az xəbər verir ki, Rubio oktyabrın 7-də Afinada Pniks təpəsində, Akropolun yaxınlığında geniş proqram xarakterli çıxış edib. O, qədim Yunanıstanın demokratiya, fəlsəfə, elm və dövlətçilik ənənələrinin Qərb dünyasının formalaşmasında fundamental rol oynadığını bildirib.

Rubio çıxışında Qərbin hazırda “dönüş nöqtəsində” olduğunu deyərək Avropa və ABŞ-ı öz tarixi və siyasi dəyərlərinə yenidən bağlanmağa çağırıb. O, milli güc, suverenlik, texnoloji üstünlük və təhlükəsizlik məsələlərini də Qərb sivilizasiyasının gələcəyi ilə əlaqələndirib.

“Associated Press” yazır ki, Rubio çıxışında ABŞ və Avropa arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb və Qərb ölkələrini ortaq dəyərləri müdafiə etməyə çağırıb.

Dövlət Departamentinin seçdiyi “Qərb sivilizasiyasının müdafiəsində” başlığı çıxışın əsas ideyasını birbaşa əks etdirir. Buna görə sosial mediada yayılan “Rubionun Akropol önündə şəkli ‘Qərb sivilizasiyasını qorumaq’ mesajı ilə paylaşılıb” iddiası mahiyyət etibarilə doğrudur.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.