Ştaynmayer: “Almaniyanın demokratiyası satılmır”

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer vətəndaşları dezinformasiya, siyasi manipulyasiya və ekstremist təbliğata qarşı dayanmağa çağırıb. O, “demokratiyamız satılmır” mesajını verib.

87

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkə vətəndaşlarını dezinformasiya, siyasi manipulyasiya və ekstremist təbliğata qarşı müqavimət göstərməyə çağırıb. O, Almaniya demokratiyasının “satılmadığını” və “düşmənlərinə təslim olmayacağını” bildirib.

MSNews.az xəbər verir ki, Ştaynmayer bu fikirləri oktyabrın 3-də Bremendə Almaniya Birliyi Günü münasibətilə keçirilən tədbirdə səsləndirib.

Prezident çıxışında ölkə haqqında məqsədli şəkildə təhrif olunmuş təsəvvür yaradılmasına qarşı xəbərdarlıq edib. O, belə məlumatların “Kreml trolları”, Almaniyadakı sağçı ekstremistlər, sol-avtoritar populistlər və “vicdansız internet oliqarxları” tərəfindən yayıldığını bildirib.

Ştaynmayer vətəndaşları “manipulyasiya və yalan selinə” qarşı dayanmağa çağıraraq deyib:

“Bizim demokratiyamız satılmır. O, özünü düşmənlərinə təslim etməyəcək.”

Prezident həmçinin sosial şəbəkələr və böyük texnologiya platformalarının ictimai diskursa təsirinə toxunub. “DW” yazır ki, Ştaynmayer “internet oliqarxları” ifadəsi ilə böyük sosial media platformaları üzərindən ictimai rəyə təsir göstərən güclü texnologiya sahiblərini nəzərdə tutub.

Ştaynmayer Almaniyada siyasi qütbləşmənin artmasından da narahatlığını ifadə edib. O, ekstremist qüvvələrin “dözülməz siyasi demoqogiya” ilə azadlıq, demokratiya və ölkənin birliyinə təhlükə yaratdığını bildirib.

“Reuters” qeyd edir ki, prezident son regional seçkilərdə radikal və populist qüvvələrin güclənməsi fonunda Almaniyanın siyasi parçalanmasının dərinləşə biləcəyi barədə xəbərdarlıq edib. Bununla belə, o, “Berlin Veymar deyil” deyərək Almaniyanın demokratik institutlarının davamlılığını vurğulayıb.

Ştaynmayer çıxışını nikbin mesajla tamamlayıb:

“Biz bu pozğunluqdan daha güclüyük. Almaniyamız yaxşı ölkədir. Gəlin onun belə qalmasını təmin edək.”

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.