“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” klubu arasında Bakıda keçirilən yoldaşlıq görüşü İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşma oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib.
MSNews.az xəbər verir ki, ilk hissədə hesab açılmayıb. “Fənərbağça”nın futbolçusu Meyson Qrinvud 32-ci dəqiqədə qırmızı vərəqə alsa da, komandalar arasındakı əvvəlcədən razılaşmaya əsasən onun əvəzinə Adnan Fettahoğlu meydana daxil olub.
İkinci hissədə Türkiyə təmsilçisi üstünlüyünü qola çevirib. 60-cı dəqiqədə N’Qolo Kante hesabı açıb, 74-cü dəqiqədə Çağrı Balta isə ikinci qolu vuraraq yekun nəticəni müəyyənləşdirib — 0:2.
Matç xeyriyyə xarakteri daşıyıb. Bilet satışından əldə olunan gəlirin xeyriyyə məqsədlərinə yönəldiləcəyi bildirilib.