Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edilib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer Azərbaycanda və beynəlxalq səviyyədə cüdonun inkişafına verdiyi töhfələrə görə “Dostluq” ordeni ilə təltif olunub.

68

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

MSNews.az xəbər verir ki, sərəncama əsasən, Ladislau-Marius Vizer Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə təltif edilib.

Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən imzalanıb. Sənəd 3 oktyabr 2026-cı il tarixlidir.

Həmin gün Prezident İlham Əliyev Vizeri qəbul edib. Görüşdə dövlət başçısı Azərbaycanda cüdonun inkişafına göstərdiyi dəstəyə, eləcə də dünya çempionatının Bakıda keçirilməsinə görə IJF prezidentinə təşəkkürünü bildirib. Prezident cüdonun Azərbaycanda ən populyar və ölkəyə çoxsaylı medallar qazandıran idman növlərindən biri olduğunu vurğulayıb.

Görüşün sonunda Prezident İlham Əliyev “Dostluq” ordenini Ladislau-Marius Vizerə təqdim edib. IJF prezidenti fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.