Kim Çen Inın səhhəti: Cənubi Koreya kəşfiyyatı yeni müşahidələr açıqladı

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Şimali Koreya lideri Kim Çen Inın ürək döyüntüsünün 80 zərbə/dəqiqə olduğunu və əvvəlki yüksək qan təzyiqi riskinin azaldığını açıqlayıb. Səhhət dəyişikliklərinin pəhriz və həyat tərzi ilə bağlı ola biləcəyi bildirilir.

90

Cənubi Koreya kəşfiyyatı Şimali Koreya lideri Kim Çen Inın səhhəti ilə bağlı yeni müşahidələr aparıb. Bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti məlumat yayıb. Xəbər “Yonhap” agentliyi tərəfindən dərc edilib.

Məlumata görə, uzaqdan izləmə texnologiyalarından istifadə olunaraq Kim Çen Inın ürək döyüntüsünün dəqiqədə təxminən 80 zərbə olduğu müəyyən edilib.

Hesabatda həmçinin qeyd olunur ki, əvvəlki illərdə Kim Çen In yüksək qan təzyiqi riski daşıyıb, lakin son müşahidələr bu riskin azaldığını göstərir.

Kəşfiyyat xidməti liderin səhhətindəki dəyişikliklərin pəhriz və həyat tərzi faktorları ilə bağlı ola biləcəyini də istisna etmir.

Şimali Koreya tərəfi məsələ ilə bağlı heç bir şərh verməyib.