İranın dövlət yayımçısı IRIB-in “Quran TV” kanalında ABŞ Prezidenti Donald Trampın öldürülməsinə görə nəzərdə tutulan mükafat üçün tamaşaçılardan pul toplandığı bildirilir.
MSNews.az xəbər verir ki, “Tuổi Trẻ” “Middle East Media Research Institute”-un (MEMRI) yayımladığı videoya istinadən sözügedən proqramın avqustun 15-də efirə getdiyini yazıb. Aparıcı Məryəm Qasemi tamaşaçıları Trampı öldürəcək şəxs üçün nəzərdə tutulan mükafat fonduna ianə verməyə çağırıb.
Məlumata görə, proqram zamanı 81 milyon tümən — 810 milyon İran rialı, təxminən 435 dollar toplandığı açıqlanıb. Daha sonra verilişin qonağı, iş adamı Alireza Younçi əlavə 19 milyon tümən verməyi öhdəsinə götürərək ümumi məbləği 100 milyon tümənə, yəni təxminən 535 dollara çatdıracağını bildirib.
IRIB İranın dövlət yayım qurumudur, “Quran TV” isə onun televiziya kanallarından biridir.