Makron: “Parçalanmış dünyada Avropaya etibar edin”

Fransa Prezidenti Emmanuel Makron beynəlxalq hüququn pozulduğu və bloklaşma məntiqinin geri qayıtdığı şəraitdə Avropa birliyinin müstəqillik və azadlığın qorunması üçün əsas olduğunu bildirib.

108

Fransa Prezidenti Emmanuel Makron beynəlxalq münasibətlərdə gərginliyin və bloklaşmanın gücləndiyi bir dövrdə Avropanın birliyinin qitənin müstəqilliyi və azadlığının qorunması üçün əsas rol oynadığını bildirib.

MSNews.az xəbər verir ki, Makron bu fikirləri avqustun 17-də Borm-les-Mimoza şəhərinin azad edilməsinin 82-ci ildönümünə həsr olunmuş mərasimdə səsləndirib.

Makron çıxışında Avropaya etimad göstərməyə çağıraraq onu Fransanın müstəqilliyinin mənbələrindən biri kimi xarakterizə edib. “CNEWS” tərəfindən yayımlanan çıxışda Fransa lideri beynəlxalq hüququn hər gün pozulduğu və “bloklar məntiqinin geri qayıtdığı” parçalanmış dünyada məhz, Avropanın birgə şəkildə müstəqillik və azadlığı qorumağa imkan verəcəyini bildirib.

Makron eyni zamanda fransızları ölkəyə və gənc nəslə etibar etməyə çağırıb. O, Fransanın daha çox istehsal etməli, yaratmalı və bununla öz müstəqilliyini gücləndirməli olduğunu vurğulayıb. Prezident çıxışının sonunda vətəndaşları “məğlubiyyət ruhuna” təslim olmamağa səsləyib.

“Le Monde” qeyd edir ki, bu, Makronun prezidentliyi dövründə Borm-les-Mimozadakı ənənəvi azadlıq mərasimində son çıxışı olub. Fransa liderinin ikinci prezidentlik müddəti 2027-ci ildə başa çatacaq.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.