İlham Əliyev Viktor Yuşşenko ilə Bakıda görüşüb

Prezident İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb. Tərəflər Azərbaycan-Ukrayna münasibətlərini və əlaqələrin gələcək perspektivlərini müzakirə ediblər.

58

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 17-də Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb. Məlumat Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunub.

MSNews.az xəbər verir ki, dövlət başçısı görüşlə bağlı sosial şəbəkə hesabında tərəflərin 20 ildən artıq davam edən tanışlıqları ərzində Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən birgə işləri xatırladıqlarını bildirib. İlham Əliyevin sözlərinə görə, görüş zamanı ikitərəfli əlaqələrin gələcək perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

“20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq”, – Prezident İlham Əliyevin paylaşımında qeyd olunub.

Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsini də təqdim edib. İrpin Şəhər Şurasının rəsmi məlumatına əsasən, İlham Əliyevə bu fəxri ad 30 aprel 2026-cı il tarixli qərarla verilib.