“Real Madrid” Vinisiusla müqavilə danışıqlarında irəliləyiş əldə edib

“Real Madrid” və Vinisius Junior arasında yeni müqavilə üzrə keçirilən görüş müsbət nəticələnib. Lakin beşillik razılaşma və illik 28 milyon avro maaş hələ rəsmən təsdiqlənməyib.

63

“Real Madrid” Vinisius Juniorla müqavilənin uzadılması istiqamətində irəliləyiş əldə edib, lakin tərəflər arasında yekun razılaşma hələ açıqlanmayıb.

MSNews.az xəbər verir ki, transfer insayderi Fabrizio Romano “X” hesabında klubla futbolçunun nümayəndələri arasında keçirilən görüşün bütün tərəflər tərəfindən “çox müsbət” qiymətləndirildiyini bildirib. Onun son məlumatına görə, Madrid klubu Vinisiusdan yeni müqavilə üçün yekun razılıq alacağına getdikcə daha çox inanır, lakin təklif üzrə müzakirələr davam edir.

“AS” yazır ki, “Real Madrid” təklifini yaxşılaşdıraraq mümkün bonuslarla birlikdə illik 24 milyon avroya qədər yüksəldib. Nəşrin məlumatına əsasən, tərəflər 2031-ci ilədək nəzərdə tutulan müqavilə barədə nikbindirlər, lakin futbolçunun cavabı hələ gözlənilir.