Ədən körfəzində tanker yaxınlığında partlayış olub

Yəmənin Ədən şəhərindən 95 dəniz mili cənub-şərqdə hərəkət edən tanker yaxınlığında güclü partlayış qeydə alınıb. Ekipaj xəsarət almayıb.

112

Ədən körfəzində hərəkət edən tankerin yaxınlığında güclü partlayış baş verib.

MSNews.az xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi — UKMTO hadisənin Yəmənin Ədən şəhərindən təxminən 95 dəniz mili cənub-şərqdə qeydə alındığını bildirib. Gəmi kapitanının məlumatına görə, partlayış tankerin yaxınlığında baş verib. Ekipaj üzvləri xəsarət almayıb, ətraf mühitə ziyan qeydə alınmayıb. Hadisənin səbəbləri araşdırılır.

“The Maritime Executive” ehtimal olunan hədəfin Dominika bayrağı altında üzən “Daisy” tankeri olduğunu yazıb. Husilər gəmiyə raket zərbəsi endirdiklərini iddia etsələr də, bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

“Reuters” husilərin eyni gün Ədən körfəzində və Səudiyyə Ərəbistanının Yanbu şəhəri yaxınlığında iki neft tankerinə hücum etdiklərini açıqladığını bildirib. Səudiyyə Ərəbistanı bu iddiaları hələlik təsdiqləməyib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.