Kannavaro Özbəkistan millisində “köstəbək” olduğunu bildirib

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro komanda daxilindən yanlış məlumatlar yayıldığını və yığmada “köstəbək” ola biləcəyini deyib.

128

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro komanda daxilindən məşqçilər heyəti barədə yanlış məlumatlar yayıldığını bildirib.

MSNews.az xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında tətbiq olunan qaydaların onun şəxsi qərarı deyil, Avropa futbolunda qəbul edilmiş standartlar olduğunu deyib.

“Kimsə həddindən artıq çox yalan məlumat yayırdı. Bəlkə də bu, mənim əcnəbi məşqçi olmağımla bağlı idi. Bu qədər yanlış məlumatın niyə yayıldığını başa düşmədim”, – deyə Kannavaro bildirib. O, yığmanın daxilində məlumat ötürən “köstəbək” ola biləcəyini ehtimal edib.

Bu barədə “Repost.uz” və “UzDaily” məlumat yayıb.

Kannavaro əvvəlki baş məşqçi Timur Kapadzeni yüksək nəticələr əldə etmiş güclü yerli mütəxəssis adlandırıb. Bununla belə, Kapadzenin uğurlarının ona qarşı davamlı tənqid üçün əsas olmadığını vurğulayıb. Konkret olaraq məlumatları kimin yaydığı açıqlanmayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.