“Sabah” Danimarkada “Orhus”a məğlub oldu

“Sabah” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Orhus”a səfərdə 2:1 hesabı ilə uduzub. Cavab görüşü avqustun 11-də Masazırda keçiriləcək.

66

“Sabah” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Danimarkanın “Orhus” klubuna səfərdə 2:1 hesabı ilə məğlub olub.

MSNews.az xəbər verir ki, meydan sahiblərinin qollarını Ceyms Boqerenin 32-ci və 63-cü dəqiqələrdə vurub. “Sabah”ın yeganə qoluna isə 67-ci dəqiqədə Velko Simiç imza atıb.

Tıxac səbəbindən komandaların stadiona gecikməsi ilə oyun planlaşdırılandan 40 dəqiqə sonra başlayıb. Cavab qarşılaşması avqustun 11-də Masazırdakı “Əlincə Arena”da keçiriləcək.

“Sabah” mərhələni keçərsə, Çempionlar Liqasının pley-offunda “Hapoel Beer-Şeva”–“Srvena Zvezda” cütünün qalibi ilə qarşılaşacaq. Məğlub olacağı halda isə Avropa Liqasının pley-offunda “Benfika”–“Harts” cütünün qalibi ilə üz-üzə gələcək.