Vinisius “Real Madrid”lə bağlı bütün paylaşımlarını silib

Vinisius Junior “Instagram” hesabındakı bütün paylaşımları və “Real Madrid”lə bağlı qeydləri silib. Futbolçu qərarının səbəbini açıqlamayıb.

102

“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior “Instagram” hesabındakı bütün paylaşımları, profil şəklini və seçilmiş hekayələri silib.

MSNews.az xəbər verir ki, “AS” futbolçunun profilindən “Real Madrid”lə bağlı qeydləri də götürdüyünü yazıb. Bu addım klubla yeni müqavilə danışıqlarının davam etdiyi vaxtda atılıb.

Vinisiusun mövcud müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir. Futbolçu sosial şəbəkədəki dəyişikliklərin səbəbini açıqlamayıb. Buna görə addımın mümkün transfer və ya müqavilə danışıqları ilə əlaqəli olduğu hələlik təsdiqlənməyib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.