İnfantino FİFA rəhbərliyini təcili iclasa çağırıb

Canni İnfantino yenidən seçilməsi ilə bağlı narahatlıqlar fonunda FİFA-nın yüksəkvəzifəli rəhbərlərini Mərakeşdə böhran iclasına çağırıb.

402

FİFA prezidenti Canni İnfantino təşkilatın yüksəkvəzifəli rəhbərlərini Mərakeşdə təcili böhran iclasına çağırıb.

MSNews.az xəbər verir ki, “L’Équipe” görüşün İnfantinonun 2027-ci ilin martında keçiriləcək prezident seçkisində mövqeyini möhkəmləndirmək məqsədi daşıdığını yazıb. Bir sıra Avropa federasiyalarının ona dəstəyini geri götürdüyü bildirilir.

Gərginlik İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planından sonra yaranıb. Layihə geri götürülsə də, FİFA-nın baş katibi Mattias Qrafström və qlobal futbolun inkişafı üzrə rəhbəri Arsen Venger bu təşəbbüsdən uzaqlaşıblar.

“Reuters” İnfantinonun bəzi Afrika federasiyalarının dəstəyini qoruduğunu və hələlik seçkidə rəsmi rəqibinin olmadığını bildirir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.