Qazaxıstan əcnəbilər üçün ödənişli giriş icazəsi təklif edir

Qazaxıstanda əcnəbilər üçün ödənişli elektron giriş icazəsinin tətbiqi təklif olunub. Layihə avqustun 17-dək ictimai müzakirədə olacaq.

116

Qazaxıstan Daxili İşlər Nazirliyi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ödənişli elektron giriş icazəsinin tətbiqini təklif edib.

MSNews.az xəbər verir ki, layihə “Açıq normativ hüquqi aktlar” portalında dərc olunub və avqustun 17-dək ictimai müzakirədə qalacaq. Sistemin 2026-cı ilin avqust–dekabr aylarında mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.

“Orda.kz” yazır ki, ödənişdən əldə ediləcək vəsait rəqəmsal infrastrukturun saxlanılmasına, modernləşdirilməsinə və şəxsi məlumatların qorunmasına yönəldiləcək. İcazənin qiyməti hələ açıqlanmayıb.

Hazırda “QazETA” sistemi sınaq rejimində işləyir və rəsmi məlumata görə, elektron giriş icazəsi əsasən Qazaxıstana vizasız səfər etmək hüququ olan ölkələrin vətəndaşları üçün nəzərdə tutulub. Yeni qaydanın konkret olaraq hansı kateqoriyalara şamil ediləcəyi isə hələ tam müəyyənləşdirilməyib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.