Yəmən hökuməti Hindistan gəmisinə hücumda husiləri günahlandırıb

Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti Qırmızı dənizdə Hindistan bayrağı altında üzən gəminin batmasına səbəb olan hücumda husiləri ittiham edib.

101

Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti Qırmızı dənizdə Hindistan bayrağı altında üzən ticarət gəmisinə hücumda husiləri günahlandırıb.

MSNews.az xəbər verir ki, “Reuters” “MSV Faize Noore Oliya” gəmisinin mərmi zərbəsindən sonra çevrilərək batdığını yazıb. Gəmidəki 13 Hindistan vətəndaşı və bir yəmənli sahil mühafizəsi tərəfindən xilas edilərək Moxa limanına aparılıb. Yəmən Nəqliyyat Nazirliyi hücumda partlayıcı yüklənmiş katerdən istifadə olunduğunu bildirib. Husilər ittihama münasibət bildirməyiblər.

Milli Müqavimət Qüvvələrinin sözçüsü Sadiq Düveyd hücumu husilərin Qırmızı dənizdəki fəaliyyətinin davamı adlandırıb. Yəmən rəsmiləri İranı Hörmüz boğazındakı təzyiq modelini Qırmızı dəniz və Bab əl-Məndəbə daşımaqda ittiham edirlər. Lakin Tehranın bu konkret hücumda iştirakına dair müstəqil sübut açıqlanmayıb. “Associated Press” də hücuma görə məsuliyyəti dərhal heç bir tərəfin üzərinə götürmədiyini bildirib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.