ABŞ Braziliya səfirinin vizasını ləğv edib

ABŞ Braziliyanın Vaşinqtondakı səfiri Mariya Luiza Ribeiro Viottinin vizasını diplomatik fikir ayrılığı fonunda ləğv edib.

75

ABŞ Prezidenti Donald Trampın administrasiyası Braziliyanın Vaşinqtondakı səfiri Mariya Luiza Ribeiro Viottinin vizasını ləğv edib.

MSNews.az xəbər verir ki, “Reuters” qərarın Braziliyanın Trampın səfirliyə namizədi Denni Peres üçün aqreman verməsini gecikdirməsinə və iki amerikalı diplomata viza verməməsinə cavab olduğunu yazıb.

ABŞ Dövlət Departamentinin nümayəndəsi vizanın ləğvinin səfirin ölkədən çıxarılması demək olmadığını bildirib. Onun sözlərinə görə, Braziliya Peresin təyinatını təsdiqləyərsə, qərar geri götürülə bilər. “Associated Press” də Viottinin ABŞ-dan deportasiya edilmədiyini qeyd edib.

Braziliya tərəfi isə namizədliyin araşdırıldığını və diplomatik prosedurlara uyğun hərəkət etdiyini bildirir. Hadisə Vaşinqtonla Braziliya arasındakı gərginliyi daha da artırıb.