Netanyahu: “İsrail ABŞ-nin Qəzza layihəsini qəbul etməyib”

Benyamin Netanyahu İsrailin ABŞ-nin HƏMAS-ın tərksilahı və Qəzzanın silahsızlaşdırılması üzrə təqdim etdiyi layihə ilə razılaşmadığını bildirib.

104

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin Qəzza üzrə təqdim etdiyi yeni saziş layihəsinin İsrail tərəfindən qəbul edilmədiyini açıqlayıb.

MSNews.az xəbər verir ki, Netanyahu Donald Tramp administrasiyasının HƏMAS-ın tərksilahına və Qəzzanın silahsızlaşdırılmasına nail ola biləcəyinə inandığını bildirib. O, İsrailin layihəyə dair irad və düzəlişlərini Vaşinqtona göndərdiyini qeyd edib.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

Netanyahu İsrail qüvvələrinin HƏMAS tam tərksilah edilənədək Qəzzadakı mövcud mövqelərindən geri çəkilməyəcəyini vurğulayıb. “Associated Press” layihənin HƏMAS-ın silahları təhvil verməyə başlamasını, İsrailin isə zərbələri dayandıraraq mərhələli geri çəkilməsini nəzərdə tutduğunu yazır.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.