İranda Təhlükəsizlik Şurasının katibi dəyişə bilər

İranın ali rəhbəri Müctəba Xameneinin Məhəmməd Bağır Zülqədri vəzifədən azad edərək Möhsün Rezayini Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi təyin etməyi planlaşdırdığı iddia olunur.

97

İranın ali rəhbəri Müctəba Xameneinin ölkənin təhlükəsizlik rəhbərliyində dəyişiklik etməyi planlaşdırdığı bildirilir.

MSNews.az xəbər verir ki, “Iran International” iranlı din xadimi Məhəmməd Bağır Xərazinin açıqlamasına istinadən Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Məhəmməd Bağır Zülqədrin vəzifədən azad edilə biləcəyini yazıb. Onun yerinə ali rəhbərin hərbi müşaviri Möhsün Rezayinin gətiriləcəyi iddia olunur.

Zülqədr 2026-cı ilin martında Prezident Məsud Pezeşkianın sərəncamı və ali rəhbərin təsdiqi ilə bu vəzifəyə təyin edilmişdi. “IRNA” son məlumatlarında da onu Şuranın fəaliyyətdə olan katibi kimi təqdim edir. Dəyişiklik barədə hələlik rəsmi sərəncam açıqlanmayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.