Sergey Mixalok Belarusda 4 il həbsə məhkum edilib

“Lyapis Trubetskoy” və “Brutto” qruplarının lideri Sergey Mixalok Belarusda Aleksandr Lukaşenkonun təhqiri və sosial ədavətin qızışdırılması ittihamları ilə qiyabi olaraq 4 il həbs cəzası alıb.

58

Belaruslu musiqiçi Sergey Mixalok qiyabi keçirilən məhkəmə prosesində 4 il müddətinə azadlıqdan məhrum edilib.

MSNews.az xəbər verir ki, “Lyapis Trubetskoy” və “Brutto” qruplarının lideri Aleksandr Lukaşenkonun “təhqir edilməsi” və sosial ədavətin qızışdırılmasında təqsirli bilinib. Minsk Şəhər Məhkəməsində işə iyulun 29-da qiyabi qaydada baxılmağa başlanmışdı.

Bu barədə “Nastoyaşçeye Vremya” məlumat yayıb.

İttihamlar “Brutto” layihəsinin sosial şəbəkələrdə və “YouTube”da 2021–2022-ci illərdə yayımladığı, Lukaşenko, eləcə də Belarus və Rusiya təhlükəsizlik qüvvələrinin tənqid olunduğu paylaşımlarla əlaqələndirilib. “Meduza” daha əvvəl Mixalokun Belarus Cinayət Məcəlləsinin 130 və 368-ci maddələri ilə ittiham edildiyini bildirmişdi.