“Real” Vinisiusa 22 milyon avro təklif edib

“Real Madrid” Vinisius Juniora illik 22 milyon avroluq yeni müqavilə təklif edib. Braziliyalı futbolçunun isə 30 milyon avro tələb etdiyi bildirilir.

62

“Real Madrid” Vinisius Juniorla müqaviləni uzatmaq üçün futbolçuya illik təxminən 22 milyon avro təklif edib.

MSNews.az xəbər verir ki, “ESPN” mənbələrinə əsasən, braziliyalı hücumçu illik 30 milyon avroya yaxın maaş istəyir. Onun hazırda bonuslarla birlikdə təxminən 17,5 milyon avro qazandığı bildirilir.

Vinisiusun mövcud müqaviləsi 2027-ci ilin yayında başa çatır. “Sky Sports” yazır ki, “Arsenal” vəziyyəti izləsə də, hələlik rəsmi təklif irəli sürməyib. Madrid klubu isə futbolçunu satmaq niyyətində deyil və tərəflərin razılığa gələcəyinə inanır.