Pezeşkian: “İstefa verməyəcəyəm”

İran Prezidenti Məsud Pezeşkian istefa verəcəyi barədə yayılan iddiaları təkzib edərək vəzifəsində qalacağını bildirib.

71

İran Prezidenti Məsud Pezeşkian istefa verəcəyi barədə yayılan məlumatları təkzib edərək vəzifəsini davam etdirəcəyini açıqlayıb.

MSNews.az xəbər verir ki, Pezeşkian dövlət televiziyasına müsahibəsində hökumətin silahlı qüvvələrlə koordinasiyalı fəaliyyət göstərdiyini bildirib.

“İstefa verməyəcəyəm və mövqeyimdə dayanacağam. İstefa versəydim, bunu rəsmən elan edərdim”, – deyə İran Prezidenti vurğulayıb.

Bu barədə “Fərhixtegan” məlumat yayıb.

Açıqlama din xadimi Məhəmməd Bağır Xərrazinin Pezeşkianın dəfələrlə istefa verməklə hədələdiyi barədə iddiasından sonra verilib. Prezident Administrasiyasının nümayəndələri həmin iddianı “əsassız və açıq yalan” adlandırıblar. “Iran International” yazır ki, Xərrazinin səsləndirdiyi məlumatın doğruluğunu təsdiqləyən rəsmi sübut təqdim edilməyib.