İspaniya millisinin futbolçusu Lamin Yamalın sevgilisi İnes Qarsiyanın sosial şəbəkə paylaşımı futbol azarkeşləri arasında geniş müzakirə olunub.
MSNews.az xəbər verir ki, “Sports.ru” İnesin Yamalı Dünya Çempionatının finalına çıxmağa çağırdığını yazıb. Mənbənin məlumatına görə, o, paylaşımında “Sevgilim, finala çıxmaq üçün nə lazımdırsa et. Məni eşidirsən? Nə lazımdırsa!” sözlərini yazıb.
Bu istəyin səbəbi isə final oyununda keçiriləcək şou ilə bağlıdır. FIFA-nın rəsmi məlumatına əsasən, Castin Biber 19 iyulda “New York New Jersey Stadium”-da keçiriləcək DÇ-2026 finalının fasilə şousunda Madonna, Şakira və BTS-lə birlikdə çıxış edəcək.
İnes Qarsiya son aylarda İspaniya millisinin oyunlarında Yamalı dəstəkləməsi ilə də diqqət çəkib. İnes Qarsiya moda və gözəllik sahəsində kontent yaradan influenserdir və o, Yamalı Dünya Çempionatında dəstəkləmək üçün ABŞ-a gedib.
İspaniya millisi hazırda turnirdə mübarizəni davam etdirir. İspaniya 1/8 finalda Portuqaliyanı 1:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Oyunda yeganə qolu 91-ci dəqiqədə Mikel Merino vurub.