Hikmət Hacıyev Ceffri Saks ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda səfərdə olan tanınmış iqtisadiyyat professoru Ceffri Saks ilə görüşüb. Görüşdə davamlı inkişaf, geosiyasət, geoiqtisadiyyat, Xəzər regionu və Azərbaycanın orta güc kimi artan rolu müzakirə olunub.

23

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan tanınmış iqtisadiyyat professoru Ceffri Saks ilə görüşüb.

MSNews.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, görüş zamanı davamlı inkişaf, geosiyasət və geoiqtisadiyyat mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Hacıyevin sözlərinə görə, müzakirələrdə daha geniş Xəzər regionu konsepsiyası, Azərbaycanın orta güc kimi artan rolu, ölkənin sülh gündəliyi və regional sahiblik prinsipinin əhəmiyyəti də diqqət mərkəzində olub. Görüş Ceffri Saksın Bakıya səfəri çərçivəsində baş tutub.

Hikmət Hacıyev professor Saksın “Marco Polo – Drive of Peace” təşəbbüsünü də yüksək qiymətləndirib. Layihə Şərq-Qərb marşrutu boyunca elektrik avtomobillərlə hərəkəti nəzərdə tutur və kommunikasiyaların, dialoqun, eləcə də qarşılıqlı bağlantıların təşviqi baxımından nümunə kimi təqdim olunur.

Görüş Azərbaycan diplomatiyasının regional əməkdaşlıq, dayanıqlı inkişaf və Şərq-Qərb bağlantıları mövzusunda beynəlxalq ekspertlərlə dialoqa verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031