Klopp Almaniya millisini çalışdırmağa açıqdır — İDDİA

Fabrizio Romanonun məlumatına görə, Yurgen Klopp Almaniya Futbol İttifaqından təklif alacağı halda milli komandanı çalışdırmaq imkanını nəzərdən keçirməyə hazırdır. Nagelsmann isə qalmaq istəyir.

15

Yurgen Klopp Almaniya millisinin baş məşqçisi postu ilə bağlı mümkün təklifə açıqdır.

MSNews.az xəbər verir ki, bu barədə transfer insayderi Fabrizio Romano məlumat yayıb.

GOAL Romanoya istinadən yazır ki, Klopp Almaniya Futbol İttifaqı — DFB tərəfindən rəsmi müraciət ediləcəyi halda məşqçiliyə qayıtmaq variantını nəzərdən keçirməyə hazırdır.

Məlumata görə, almaniyalı mütəxəssis Almaniya millisinin layihəsini dinləməyə və mümkün təklifi qiymətləndirməyə açıqdır. Lakin hazırda DFB tərəfindən rəsmi təklifin göndərildiyi barədə məlumat yoxdur.

Bu iddia Almaniya millisinin 2026-cı il dünya çempionatında erkən mübarizəni dayandırmasından sonra gündəmə gəlib. Almaniya 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında uduzaraq turnirlə vidalaşıb.

“Reuters”in məlumatına görə, Almaniya Futbol İttifaqının prezidenti Bernd Neuendorf mundialdakı uğursuzluqdan sonra “hər şeyin əvvəlki kimi davam etməyəcəyini” bildirib.

DFB rəhbərliyi komandanın turnirdəki çıxışını, erkən məğlubiyyətin səbəblərini və məşqçi korpusunun gələcəyini təhlil etməyə hazırlaşır.

Hazırkı baş məşqçi Yulian Nagelsmann isə vəzifəsində qalmaq istədiyini bildirib. “The Guardian” yazır ki, Nagelsmann Paraqvaya məğlubiyyətdən sonra istefa vermək niyyətində olmadığını və DFB istəsə, komandanı 2028-ci ilə qədər çalışdırmağa hazır olduğunu deyib.

Klopp hazırda məşqçilik fəaliyyəti ilə məşğul deyil. O, 2024-cü ildə “Liverpul”dan ayrıldıqdan sonra Red Bull-un qlobal futbol rəhbəri vəzifəsinə keçib.

Klopp daha əvvəl “Borussiya Dortmund” və “Liverpul”dakı uğurları ilə tanınıb. O, “Liverpul”la UEFA Çempionlar Liqası və İngiltərə Premyer Liqasını qazanıb.

Almaniyada Klopp uzun müddətdir milli komanda üçün əsas namizədlərdən biri kimi göstərilir. Xüsusilə komandanın böyük turnirlərdə uğursuzluqlarından sonra onun adı yenidən gündəmə gəlir.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031