Braziliya – Yaponiya oyunu öncəsi sosial şəbəkələrdə irqçilik qalmaqalı

Braziliya və Yaponiya millisinin dünya çempionatı oyunu öncəsi sosial şəbəkələrdə iki ölkənin azarkeşləri arasında irqçi və təhqiramiz paylaşımlar müzakirələrə səbəb olub.

22

Braziliya və Yaponiya millisinin dünya çempionatının 1/16 final mərhələsindəki oyunu öncəsi sosial şəbəkələrdə qalmaqal yaşanıb.

MSNews.az xəbər verir ki, matçdan əvvəl iki ölkənin azarkeşləri arasında irqçi, ksenofob və təhqiramiz paylaşımların artdığı bildirilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi istifadəçilər bir-birini alçaltmaq üçün tarixi faciələrə, iqtisadi problemlərə və həssas sosial mövzulara istinad edən ifadələrdən istifadə ediblər.

Paylaşımlarda Yaponiyaya qarşı Xirosima və Naqasaki faciələri, Braziliyaya qarşı isə ölkənin sosial-iqtisadi problemləri ilə bağlı təhqiramiz ifadələrin işlədildiyi iddia olunur. Həmçinin bəzi paylaşımlarda intihar mövzusu kimi həssas məsələlərdən də istifadə edildiyi bildirilir.

FIFA, Braziliya Futbol Konfederasiyası və Yaponiya Futbol Assosiasiyasının bu konkret insidentlə bağlı ayrıca açıqlaması isə görünmür.

Braziliya – Yaponiya qarşılaşması 29 iyunda Hyuston stadionunda keçiriləcək.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti