ABŞ İrana yeni zərbələr endirdi

ABŞ Mərkəzi Komandanlığı İranın kommersiya gəmiçiliyinə qarşı hücumlarına cavab olaraq İrandakı bir sıra hərbi hədəflərə əlavə zərbələr endirdiyini açıqlayıb.

11

ABŞ Silahlı Qüvvələri Prezident Donald Trampın göstərişi ilə İranda bir sıra hərbi hədəflərə əlavə zərbələr endirib.

MSNews.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı — CENTCOM rəsmi açıqlama yayıb. Komandanlığın məlumatına görə, zərbələr İranın kommersiya gəmiçiliyinə qarşı davam edən hücumlarına cavab olaraq həyata keçirilib.

Açıqlamada bildirilir ki, ABŞ-ın əvvəlki zərbələri İranın “M/V Ever Lovely” ticarət gəmisinə hücumuna cavab xarakteri daşıyıb. Bundan sonra Tehrana atəşkəs razılaşmasına əməl etmək imkanı verildiyi, lakin İranın bu imkandan istifadə etmədiyi iddia olunur.

CENTCOM-un məlumatına əsasən, İran qüvvələri səhər saat 04:30-da, ABŞ-ın Şərq vaxtı ilə, birtərəfli zərbə PUA-sı buraxıb və həmin dron Panama bayrağı altında üzən M/T Kiku tankerini vurub. Tankerin Hörmüz boğazı yaxınlığından keçdiyi və göyərtəsində 2 milyon bareldən çox xam neft olduğu qeyd edilir.

Komandanlıq bildirib ki, ABŞ aviasiyası İranın hərbi müşahidə infrastrukturu obyektlərini, rabitə sistemlərini, hava hücumundan müdafiə mövqelərini, dronların saxlanıldığı yerləri və mina yerləşdirmə imkanlarını hədəfə alıb.

“Reuters” yazır ki, son zərbələr ABŞ və İran arasında iki həftə əvvəl əldə edilmiş müvəqqəti razılaşmadan sonra ən ciddi eskalasiya fonunda baş verib. Agentliyin məlumatına görə, tərəflər bir-birini atəşkəs şərtlərini pozmaqda ittiham edir.

“AP” isə İranın ABŞ zərbələrindən sonra Bəhreyn və Küveyt istiqamətində dron və raket hücumları həyata keçirdiyini yazıb. Nəşrin məlumatına görə, İran tərəfi Vaşinqtonun hücumları davam etdirəcəyi halda danışıqlar prosesinin tam dayandırıla biləcəyini bildirib.

Hazırda Hörmüz boğazından kommersiya gəmilərinin keçidinin davam etdiyi açıqlanıb. CENTCOM ABŞ qüvvələrinin bölgədə yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930