Əlcəzair millisi DÇ-2026-nın qrup mərhələsində Avstriya ilə 3:3 hesablı heç-heçə edərək 1/32 final mərhələsinə yüksəlib.
MSNews.az xəbər verir ki, qarşılaşma Kanzas-Siti stadionunda keçirilib.
3:3 hesablı bərabərlikdən sonra həm Avstriya, həm də Əlcəzair mundialın 1/32 final mərhələsinə vəsiqə qazanıb. Bu nəticə İran millisinin turnirlə vidalaşmasına səbəb olub.
Görüş dramatik sonluqla yadda qalıb. Əlcəzair əsas vaxtın sonlarında önə keçsə də, Avstriya əlavə dəqiqələrdə cavab qolu vuraraq məğlubiyyətdən xilas olub. Əlcəzairin baş məşqçisi Vladimir Petkoviç matçdan sonra komandasının xarakterini yüksək qiymətləndirib və qarşılaşmanı “çılğın” oyun adlandırıb.
Əlcəzair pley-off mərhələsində İsveçrə ilə qarşılaşacaq. FIFA qarşılaşmanın Vankuverdəki “BC Place” stadionunda keçiriləcəyini göstərib.