Kot-d’İvuar Kürasaonu məğlub edərək pley-offa adladı

DÇ-2026-nın "E" qrupunda Kot-d’İvuar Kürasaonu 2:0 hesabı ilə məğlub edib. Nikola Pepe dubl edərək komandasına vacib qələbə qazandırıb.

133

Kot-d’İvuar millisi DÇ-2026-nın “E” qrupunda Kürasaonu məğlub edib.

MSNews.az xəbər verir ki, qarşılaşma Kot-d’İvuarın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Filadelfiyadakı “Lincoln Financial Field” stadionunda keçirilən matçda hər iki qolu Nikola Pepe vurub.

Kot-d’İvuar oyuna sürətli başlayıb və Pepe 7-ci dəqiqədə komandasını hesabda önə keçirib. İkinci hissədə də üstünlüyünü qoruyan Afrika təmsilçisi 64-cü dəqiqədə yenə Pepenin qolu ilə fərqi iki topa çatdırıb.

Bu nəticədən sonra Kot-d’İvuar “E” qrupunda vacib qələbə qazanaraq Almaniya ilə birlikdə pley-off mərhələsinə vəsiqə qazanıb. Kot-d’İvuar baş məşqçisi Emerse Fae komandasının qrup mərhələsindəki çıxışına görə pley-offa layiq olduğunu bildirib.

Kürasao isə debüt etdiyi dünya çempionatında qrup mərhələsini qələbəsiz başa vurub.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.