Zelenski SBU-nun Rusiyaya qarşı 40 günlük əməliyyatını təsdiqlədi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya müharibəni dayandırmaq üçün təzyiq göstərməyə yönələn 40 günlük SBU əməliyyatını təsdiqlədiyini açıqlayıb.

19

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni 40 günlük əməliyyatı təsdiqlədiyini açıqlayıb.

MSNews.az xəbər verir ki, Zelenski bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri ilə Rusiya hədəflərinə qarşı əməliyyatlar üzrə məsləhətləşmədən sonra bildirib. “Reuters”in məlumatına görə, Ukrayna lideri əməliyyatın “təcavüzkar dövlətə təsir göstərmək və müharibənin dayandırılmasına nail olmaq” məqsədi daşıdığını qeyd edib.

Ukrainska Pravda” yazır ki, Zelenski açıqlamasında SBU-nun, xüsusilə “Alpha” xüsusi təyinatlı qrupunun cəbhədəki nəticələrinə də toxunub. O bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiya qüvvələrinin şəxsi heyəti və texnikasına zərbələr üzrə yüksək göstəricilər nümayiş etdirir.

Zelenski əməliyyatın detalları barədə əlavə məlumat açıqlamayıb. Ukrayna tərəfi son aylarda Rusiya ərazisində və Moskvanın nəzarətində olan bölgələrdə orta və uzaqmənzilli zərbələr həyata keçirdiyini bildirir.