İngiltərə–Qana matçı maraqlı coğrafi faktla yadda qaldı

DÇ-2026-da İngiltərə və Qana arasında keçirilən oyun paytaxtların Qrinviç meridianı ilə əlaqəsinə görə diqqət çəkib. London və Akkra 0° uzunluq xətti ilə bağlı simvolik coğrafi paralelə malikdir.

11

İngiltərə və Qana arasında keçirilən DÇ-2026 matçı təkcə nəticəsi ilə deyil, maraqlı coğrafi detalı ilə də diqqət çəkib.

MSNews.az xəbər verir ki, “Sports.ru” jurnalisti Yuri İstomin İngiltərə–Qana oyunu öncəsi hər iki ölkənin paytaxtının Qrinviç meridianı ilə bağlılığına diqqət çəkib.

London tarixi olaraq dünya uzunluq ölçüsünün başlanğıc nöqtəsi sayılan Qrinviç meridianı ilə əlaqələndirilir. 0° uzunluq xətti kimi qəbul edilən Qrinviç meridianı məhz, Londonun Qrinviç rayonundan keçir.

Qananın paytaxtı Akkra da bu xəttə çox yaxın yerləşməsi ilə seçilir. Coğrafi koordinatlara görə, şəhər 0° uzunluq xəttindən az fərqlə qərbdə yerləşir. Buna görə də İngiltərə–Qana oyunu futbol azarkeşləri arasında “Qrinviç meridianı derbisi” kimi maraqlı zarafat və faktlarla gündəmə gəlib.