Qalibaf Azərbaycana işgüzar səfərə gəldi

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib. O, Bakıda keçirilən İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.

14

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib.

MSNews.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində İran parlamentinin sədri Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.

Təşkilatın rəsmi saytında sessiyanın 22–25 iyun 2026-cı il tarixlərində Bakıda keçiriləcəyi qeyd olunur. Tədbirdə İƏT-ə üzv ölkələrin parlament nümayəndə heyətləri iştirak edir.

Konfrans çərçivəsində parlamentlərarası əməkdaşlıq, İƏT məkanında siyasi və iqtisadi məsələlər, eləcə də üzv dövlətlər arasında əlaqələrin inkişafı müzakirə olunur.