Kolumbiya pley-offa yüksəldi

Kolumbiya millisi DÇ-2026-nın "K" qrupunda Konqo Demokratik Respublikasını 1:0 hesabı ilə məğlub edib. Oyunun yeganə qolunu Daniel Munyos vurub.

12

Kolumbiya millisi dünya çempionatının “K” qrupunda Konqo Demokratik Respublikası üzərində vacib qələbə qazanıb.

MSNews.az xəbər verir ki, Kolumbiya Konqo DR-ni 1:0 hesabı ilə məğlub edib. Görüş Meksikanın Sapopan şəhərindəki “Estadio Akron”da keçirilib.

Oyunun yeganə qolu 76-cı dəqiqədə vurulub. Kolumbiyanın müdafiəçisi Daniel Munyos Xuan Kinteronun ötürməsindən sonra fərqlənərək komandasına qələbə qazandırıb.

Kolumbiya oyun ərzində üstün tərəf olub, lakin Konqo DR qapıçısı Lionel Mpasi bir neçə vacib seyvlə komandasını uzun müddət oyunda saxlayıb.

Kolumbiyanın hücumlarında Xames Rodriges, Luis Dias və Con Arias fəal olsalar da, komanda yalnız ikinci hissənin son bölümündə müdafiəni yarmağı bacarıb. Luis Diasın vurduğu qol isə oyundankənar vəziyyətə görə qeydə alınmayıb.

Bu nəticədən sonra Kolumbiya iki oyundan sonra 6 xala yüksəlib və 1/16 final mərhələsinə vəsiqəni təmin edib. Konqo DR isə qrupdan çıxmaq şansını saxlamaq üçün son turda Özbəkistana qalib gəlməlidir.