FIFA Dünya Çempionatı-2026-da qadın hakimlərə daha iki oyunu idarə etməyi həvalə edib.
MSNews.az xəbər verir ki, “TASS” FIFA-nın növbəti hakim təyinatlarına əsasən meksikalı Katia Qarsiyanın Tunis–Niderland matçında baş hakim olacağını yazıb. Qarşılaşma iyunun 25-də Kanzas-Sitidə keçiriləcək.
Eyni məlumata görə, amerikalı Tori Penso Ekvador–Almaniya oyununu idarə edəcək. Bu, Pensonun turnirdə baş hakim kimi ikinci oyunu olacaq. O, daha əvvəl Çexiya–Cənubi Afrika görüşündə çalışmış və kişi dünya çempionatları tarixində matç idarə edən ikinci qadın baş hakim olmuşdu.