Amerikalı paraşütlə tullanarkən rubik kubu yığaraq rekord qırdı

ABŞ-dan olan 24 yaşlı İşaan Hadkar 13 000 fut hündürlükdən paraşütlə tullanarkən iki Rubik kubu tipli pazlı yığaraq Ginnesin rekordunu yeniləyib.

15

ABŞ-dan olan İşaan Hadkar paraşütlə tullanış zamanı rubik kubu tipli pazllar yığaraq dünya rekordu müəyyənləşdirib.

MSNews.az xəbər verir ki, “Ginnesin Dünya Rekordları” 24 yaşlı Hadkarın bir paraşüt tullanışı zamanı 2 ədəd fırlanan pazl kubunu yığdığını açıqlayıb. Rekord ABŞ-ın Kaliforniya ştatının Ouşensayd şəhərində qeydə alınıb.

“Ginnesin Dünya Rekordları” Hadkarın 13 000 fut, yəni təxminən 3960 metr hündürlükdən tullandığını yazıb. Maraqlıdır ki, bu, onun həyatında ilk paraşüt tullanışı olub.

Hadkar ilk cəhdində uğursuzluqla üzləşib. Onun sözlərinə görə, kublardan biri havada qırılıb, lakin o, təslim olmayaraq növbəti cəhddə rekordu uğurla tamamlayıb.

Məlumata görə, amerikalı kub həvəskarı birinci kubu sərbəst düşüş zamanı, ikinci kubu isə paraşütün açılmasından sonra yığıb. O, daha əvvəl sualtı şəraitdə 10 Rubik kubu tipli pazlı yığmaqla da diqqət çəkmişdi.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.