Argentina Avstriyanı məğlub etdi – Messi rekord qırdı

Argentina millisi DÇ-2026-nın "J" qrupunda Avstriyanı 2:0 hesabı ilə məğlub edib. Lionel Messi dubl edərək dünya çempionatları tarixində kişi futbolçular arasında bombardir rekordunu yeniləyib.

17

Argentina millisi dünya çempionatının “J” qrupunda Avstriyanı 2:0 hesabı ilə məğlub edib.

MSNews.az xəbər verir ki, Argentina yığmasının qələbəsi ilə başa çatdığını yazıb. Oyunda hər iki qolu Lionel Messi vurub.

Argentinalı ulduz əvvəlcə 38-ci dəqiqədə fərqlənərək kişi futbolçular arasında dünya çempionatları tarixinin ən məhsuldar oyunçusuna çevrilib. Bu qol Messinin mundiallardakı 17-ci qolu olub və o, Miroslav Klozeni geridə qoyub.

Messi 90+5-ci dəqiqədə ikinci qolunu da vuraraq yekun hesabı müəyyənləşdirib. O, matçın əvvəlində penaltidən yararlana bilməsə də, qarşılaşmanı dubl ilə tamamlayıb.

Argentina bununla qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb. Komanda ilk turda Əlcəzairi 3:0 hesabı ilə məğlub etmişdi. Avstriya isə ilk turda İordaniya üzərində 3:1 hesablı qələbə qazanmışdı.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.