Amerikalı tennis əfsanəsi Serena Uilyams 2026-cı il Uimbldon turnirində tək kateqoriyada mübarizə aparacaq.
MSNews.az xəbər verir ki, “Reuters” 44 yaşlı idmançının “All England Club” tərəfindən qadınların tək yarışına son uayld-kardla daxil edildiyini yazıb. Bu, Uilyamsın 2022-ci ildən sonra tək kateqoriyada ilk “Böyük Dəbilqə” turniri olacaq.
“The Guardian” bildirir ki, Uimbldonun rəsmi “X” hesabında Serena Uilyamsın 2026-cı il yarışında uayld-kardla iştirak edəcəyi açıqlanıb. O, daha əvvəl bacısı Venus Uilyamsla birlikdə cüt yarış üçün də uayld-kard almışdı.
Serena Uilyams sonuncu dəfə Uimbldonun tək yarışında 2022-ci ildə çıxış edib və ilk mərhələdə Harmoni Tana məğlub olub. Həmin il ABŞ Açıq turnirindən sonra o, tennisdən uzaqlaşacağını bildirsə də, rəsmi olaraq karyerasını başa vurduğunu elan etməmişdi.
23 qat “Böyük Dəbilqə” çempionu olan Uilyams Uimbldonda tək kateqoriyada 7 dəfə qalib olub. Turnirin əsas mərhələsinə iyunun 29-da start veriləcək.