İran millisi dünya çempionatının qrup mərhələsində Belçika ilə oyuna təcrübəli və yaş göstəricisi ilə diqqət çəkən start heyəti ilə çıxıb.
MSNews.az xəbər verir ki, “The Times” nəşrinin canlı yayımında İranın start heyətinin orta yaşının 32 il 181 gün olduğu bildirilib. Nəşr bu göstəricinin dünya çempionatları tarixində ən yaşlı start heyəti kimi qeydə alındığını yazıb.
“The Guardian” matç yayımında İranın Belçikaya qarşı 5-4-1 sxemi ilə meydana çıxdığını qeyd edib. Start heyətində Alireza Beirənvənd, Hardani, Kənani, Xəlilzadə, Neməti, Hacısafi, Rezaeian, Qoddos, Ezatolahi, Mohebbi və Mehdi Taremi yer alıb.
Məlumata görə, bu heyətdə yalnız üç futbolçunun yaşı 30-dan aşağıdır. Bununla belə, rekord göstərici ilə bağlı FIFA tərəfindən ayrıca rəsmi statistik açıqlama hələlik yayımlanmayıb.