Meksika Cənubi Koreyanı məğlub edib pley-offa yüksəldi

DÇ-2026-nın A qrupunda Meksika Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub edib. Luis Romonun qolu ev sahiblərinə pley-off mərhələsinə vəsiqə qazandırıb.

12

Meksika DÇ-2026-nın A qrupunda Cənubi Koreya üzərində minimal hesablı qələbə qazanaraq pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.

MSNews.az xəbər verir ki, “Associated Press” Meksikanın Qvadalaxaradakı “Estadio Akron” stadionunda Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub etdiyini yazır.

Matçın taleyini ikinci hissənin əvvəlində vurulan qol həll edib. 50-ci dəqiqədə Cənubi Koreya müdafiəsində yaranan anlaşılmazlıqdan istifadə edən Luis Romo topu qapıya göndərərək Meksikanı önə keçirib.

Cənubi Koreya son dəqiqələrdə hesabı bərabərləşdirmək üçün təzyiqi artırsa da, Meksika qapıçısı Raul Rangel vacib epizodlarda komandasını xilas edib. Ev sahibi komanda minimal üstünlüyünü qoruyaraq ardıcıl ikinci qələbəsini qazanıb.

“Reuters” agentliyinin məlumatına görə, bu nəticədən sonra Meksika DÇ-2026-da pley-off mərhələsinə yüksələn ilk komanda olub. Meksika ilk turda Cənubi Afrikanı 2:0 hesabı ilə məğlub etmişdi.

Cənubi Koreya isə ilk turda Çexiya üzərində 2:1 hesablı qələbə qazansa da, Meksika qarşısında məğlubiyyətlə üzləşib. Komanda qrupdan çıxmaq şansını son turda Cənubi Afrika ilə oyunda qorumağa çalışacaq.

Meksika isə son turda Çexiya ilə qarşılaşacaq. “Reuters” yazır ki, Xavyer Aqirrenin komandası artıq “A” qrupunda liderliyi təmin edib və pley-off kampaniyasına Meksika ərazisində başlayacaq.