“Arsenal”ın 22 illik fasilədən sonra İngiltərə Premyer Liqasının qalibi olması dünyanın müxtəlif ölkələrində, xüsusilə Afrikada böyük sevinclə qarşılanıb. Premyer Liqanın rəsmi məlumatına görə, London klubu 2025/2026 mövsümündə çempionluğu bir tur qalmış təmin edib və 2004-cü ildən sonra ilk dəfə ölkə çempionu olub.
Sosial şəbəkələrdə yayılan görüntülər isə azarkeşlərin sevincinin bəzən qeyri-adi formalara keçdiyini göstərib. “FootyRoom” və “Sports.ru” kimi idman səhifələrinin paylaşdığı videolarda Afrikada “Arsenal” azarkeşlərinin bir inəyi qırmızı rəngə boyadığı və üzərinə klubun loqosunu yapışdırdığı iddia olunur. Görüntülərin Nigeriyanın paytaxtı Abucanın Apo ərazisində çəkildiyi bildirilir.
Afrikada “Arsenal”ın çempionluğu geniş miqyasda qeyd olunub. Uqandanın “Daily Monitor” nəşri yazır ki, yerli azarkeşlər qırmızı-ağ geyimlərlə küçələrə çıxıb, mahnılar oxuyub, rəqs edib və bəzi yerlərdə hətta inəklər də “Arsenal”