ABŞ-da Trampın İran səlahiyyətləri üzrə səsvermə təxirə salındı

ABŞ Nümayəndələr Palatasında respublikaçı rəhbərlik Trampın İrana qarşı hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnamə üzrə səsverməni son anda ləğv edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçı rəhbərlik Prezident Donald Trampın İrana qarşı hərbi səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutan qətnamə üzrə planlaşdırılan səsverməni son anda ləğv edib.

“Reuters”in məlumatına görə, sənəd Tramp administrasiyasından İrana qarşı hərbi əməliyyatları davam etdirmək üçün Konqresin təsdiqini almağı tələb etməli idi.

Qətnamə səsverməyə çıxarılsaydı, qəbul olunmaq şansı yüksək hesab edilirdi. Associated Press” yazır ki, respublikaçılar səsverməni zalda deputatların yetərli sayda olmaması ilə izah ediblər, demokratlar isə bunu məğlubiyyətdən yayınmaq üçün siyasi manevr kimi qiymətləndiriblər.

Sənədə baxılması iyun ayına, deputatların fasilədən qayıtmasından sonrakı dövrə keçirilib. “The Guardian”ın məlumatına görə, qətnamənin iki partiya daxilində müəyyən dəstək qazanması respublikaçı rəhbərlik üçün risk yaradıb və sənədin qəbul olunması ehtimalı artmışdı.

Qətnamə ətrafında müzakirələr Senatda oxşar təşəbbüsün irəli getməsindən cəmi iki gün sonra baş verib. Konqresdə Trampın İran siyasəti və prezidentin müharibə səlahiyyətləri ilə bağlı narahatlığın artdığını göstərir.

Əvvəlki cəhdlərdə Nümayəndələr Palatası oxşar qətnamələri çox kiçik fərqlə rədd etmişdi. Aprelin 16-da keçirilən səsvermədə sənəd 213 lehinə, 214 əleyhinə nəticə ilə keçməmişdi.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.