Şuşa və Trabzon qardaşlaşdı

Bakıda keçirilən WUF13 çərçivəsində Şuşa və Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.

114

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənəd Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası — WUF13 çərçivəsində rəsmiləşdirilib. 

Memorandumu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin başçısı Ahmet Metin Genç imzalayıblar. Razılaşma iki şəhər arasında mədəni, sosial və şəhərsalma sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Qeyd olunur ki, Şuşa indiyədək 9 şəhərlə qardaşlaşmışdı. Trabzonla imzalanan yeni memorandumdan sonra Şuşanın qardaşlaşdığı şəhərlərin sayı 10-a çatıb.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.