Bakıda WUF13-də BMT və Azərbaycan bayraqları qaldırılıb

Bakı Olimpiya Stadionunda WUF13 çərçivəsində BMT-nin rəsmi bayrağı və Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

246

Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının — WUF13-ün təşkil olunduğu Bakı Olimpiya Stadionunda Birləşmiş Millətlər Təşkilatının rəsmi bayrağı və Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

Mərasim WUF13-ün rəsmi başlanğıcını simvolizə edib və tədbirin yüksək beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirib. Mərasimdə WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının — UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.

Qeyd edək ki, WUF13 17–22 may tarixlərində Bakıda keçirilir. Forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub.

Tədbir BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. WUF13 çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf, təhlükəsiz və inklüziv yaşayış məkanlarının formalaşdırılması kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi nəzərdə tutulur.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.