Moldova futbolunda qeyri-adi avtoqol epizodu sosial şəbəkələrdə geniş müzakirə olunur. Hadisə “Real Sireț” – “Oğuz” matçında baş verib. Görüntülərə əsasən, “Real Sireț”in futbolçusu cərimə meydançasının küncündə yerdə qalıb və kömək istəyib. Bu zaman top inanılmaz trayektoriya ilə onun bədəninə dəyərək qapıya istiqamətlənib.
Moldova futbolu ilə bağlı paylaşım edən “Moldfootball” səhifəsi epizodu “Moldova futbolu tarixinin ən kuryoz avtoqolu” kimi təqdim edib. Paylaşımda hadisənin “Real Sireț” – “Oğuz” matçında qeydə alındığı bildirilir.
Matçın rəsmi protokoluna görə, qarşılaşma “Real Sireț”in 5:2 hesablı qələbəsi ilə başa çatıb. Avtoqol 75-ci dəqiqədə qeydə alınıb və qol “Real Sireț” futbolçusu V. Rebejanın adına yazılıb. Həmin qol hesabı 4:2 edib.
Qəribə epizoda baxmayaraq, “Real Sireț” üstünlüyünü qoruyub və oyunun sonlarında daha bir qol vuraraq yekun hesabı 5:2 edib.